|
|
Nurçuluq haqda yazılan kitabın təqdimatı olub (Fotolent)Bu gün Bakıda gənc yazar, ilahiyyatçı Cavid Cabbarlının “Gizli həqiqət” (Nurçuluq və Səid Nursi gerçəkliyi) mövzusunda qələmə aldığı kitabının təqdimetmə mərasimi keçirilib. Ahlibeyt.az Salamnnew-a istinadən xəbər verir ki, mərasimdə tanınmış ictimaiyyət xadimləri, ziyalılar, ilahiyyatçılar, KİV nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən kitabın müəllifi C.Cabbarlı bildirib ki, nəşr olunan kitab nurçuluq və Səid Nursi gerçəkliyi mövzusuna görə Azərbaycanda ilk ədəbiyyatdır. Kitab nurçu cərəyanı haqqında araşdırmadır. Nurçuluğun yaranması, formalaşması və hədəflərini təqdim edir. C.Cabbarlı deyib ki, kitabı hazırlamaqda məqsəd nurçuluğun təhlükəli cərəyan olduğunu oxuculara çatdırmaqdır: "Çünki hazırki dövrdə digər cərəyanlardan fərqli olaraq, hələ ki, həqiqətlə toqquşduğunu ört-basdır etməyə nail olan nurçuluq insanlarda dinlə bağlı ciddi şübhələr yarada bilib. Xüsusən bir əsrə yaxın dini maarifdən uzaq olan Azərbaycan vətəndaşlarının nurçuluğun zəhərli təbliğatına daha tez uymaq ehtimalı var". Mərasimdə çıxış edənlər bildiriblər ki, nurçu hərəkatı çox yeni cərəyan olduğu üçün onun barəsində geniş və əhatəli ədəbiyyat qıtlığı yaşanır. Buna görə də kitabın müəllifi nurçuluğun yaranması, məqsədi və fəaliyyət istiqamətləri barədə etibarlı mənbələrə istinad edərək bəzi məlumatları kitab formasında oxucuların ixtiyarına verib. Kitabda nurçu hərəkatının əsasları, təməl prinsipləri, Səid Nursinin peyğəmbərlik iddiası, nurçuluğun bölünməsi, nurçu-vəhhabi birliyi, Fətulla Gülənin əsas hədəfi və s. mövzulara toxunulub. Qeyd edək ki, “Gizli həqiqət” (Nurçuluq və Səid Nursi gerçəkliyi) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılıq məktubu ilə çap olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Yanvar, 2016 12:44 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |