|
1 saylı cəzaçəkmə müəssisəsində dini maarifləndirmə çərçivəsində tədbir keçirilib Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırladığı tədbirlər planına əsasən məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi məqsədilə cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir.
Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, növbəti maarifləndirici tədbir yanvarın 21-də Penitensiar xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində “Dinimiz mənəviyyatımızdır” mövzusunda keçirilib.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi ilahiyyatçı alim Hacı Şahin Həsənli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə və Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin məsul əməkdaşları iştirak ediblər.
Tədbirdə vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirici söhbətlər aparılıb, əxlaq və fəzilət, dinin əmr və qadağaları barədə geniş məlumat verilib. Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin dünya üçün nümunə olduğu dini konfessiya nümayəndələrinə qarşılıqlı hörmət və anlayışlı inanc aşılandığı və “Heydər” məscidində qılınmış vəhdət namazının buna əyani sübut olduğu məhkumların diqqətinə çatdırılıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, məhkumların çoxsaylı sualları cavablandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Yanvar, 2016 17:18 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |