|
|
"Heydər məscidi”nə imam və axund təyin olunubAhlibeyt.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, "Heydər məscidi" kompleksinin sədri Hacı Sabir Həsənli APA-ya açıqlamasında bildirib ki, müvəqqəti olaraq məscidə sünni təriqəti üzrə Hafiz Abbasov imam, şiə təriqəti üzrə isə Rüfət Qarayev axund təyin olunub. QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən təyin olunan hər iki şəxs Bakı İslam Universitetinin məzunudur. S. Həsənli qeyd edib ki, hər iki din xadiminə məsciddə gündəlik ibadətlərin edilməsi, moizələrin oxunması və digər işlərin müvəqqəti icrası tapşırılıb: “Hər cümə günü qılınacaq vəhdət namazlarına isə bölgələrdən qazıların cəlb olunması barədə qərar vermişik. Şeyxülislamla bu barədə söhbət apardıq və qərar verdik ki, hər cümə bir bölgədən vəhdət namazlara rəhbərlik etmək üçün bir qazı cəlb olunsun”. Qeyd edək ki, “Heydər məscid”i Qafqazın ən böyük məscidi hesab olunur. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Yanvar, 2016 17:14 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |