إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Məşədi Dadaş" məscidində "20 Yanvar" şəhidlərinin anım mərasimi keçirilib - Foto

Bu gün Bakının "Məşədi Dadaş" məscidində "20 Yanvar" şəhidlərinin anım mərasimi keçirilib.

Ahlibeyt.az-ın məlumatına görə,mərasim Quran tilavəti ilə başlamış,daha sonra məscidin axundu,ilahiyyaçı alim Hacı Şahin Həsənli şəhadət məktəbi, şəhidin cəmiyyətdəki çəkisindən,dinimizin şəhidə verdiyi dəyərdən bəhs etmişdir.

İlahiyyatçı qeyd etmişdir ki,bəşəriyyətin şəhid qarşısında xüsusi bir haqqı vardır və ilahi bir məfhum olan şəhidin qanı qarşısında hamı təzim edir.lakin bu gün bəzi cərəyanlar bu üvi bir məfhumu insanların, cəmiyyətin qanına susamış qurxunc şəxsiyyət kimi təqdim edirlər.Şəhid öz qanını insaniyyətin varlıqı üçün fəda etdiyi halda bəziləri onu öz məqsədləri üçün insanların qanına susamış biri kimi təqdim etməyə qalxıblar.

Hacı Şahin Həsənli vurğulamışdır ki, şəhidin varlıqı sevgi,fədakarlıq nümunəsidir və o öz mənafeyi üçün yaşamır.Şəhidlər qiyamət günü sorğulanmazlar,çünki onlar öz qanları ilə sualları cavablandırıblar.

İlahiyyatı alim 1990-cı il 20 Yanvar tarixinin Azərbaycan xalqının faciəsi kimi olmaqla yanaşı eyni zamanda iftixar səhifəsi olduğunu qeyd edərək o zaman öz canından və qanından keçmiş insanların sovet imperiyasının dağılmasında və Azərbaycan xalqının müstəqillik səhifəsində əvəzsiz roluna toxunaraq

Çıxışın sonunda Hacı Şahin Həsənli qeyd etmişdir ki,"20 Yanvar"faciəsi və şədidlərinin qanı xalqımızı Azərbaycan adlı bir dəyər altında birləşdirə bildi,xalq həmin gün öz qan yaddaşına qayıtdı və milli kimliyini anladı.Bir il sonra sovet imperiyası çökdü- Azərbaycanda müsəqillik aktı qəbul olundu və biz buna görə 20 yanvar şəhidlərinə borcluyuq, biz bu müstəqilliyi qoruyub saxlamaq üçün ayıq olmalıyıq çün ki,bu gün də müstəqilliyimizə təcavüz etmək istəyənlər mövcuddur.

Mərasim şəhidlərin ruhuna Qurani kərimin mübarək Yasin surəsi oxunaraq dualar edilmiş.20 yanvar şəhidlərinin adına ehsan süfrəsi açılmışdır.

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Yanvar, 2016  17:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!