|
|
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında işlər yekunlaşıb20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işlərinə başlanılıb. Ötən illərlə müqayisədə bu il yaradılan kompozisiya bir qədər fərqlidir. Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə,xiyaban boyu divarlara qara və qırmızı lentlərdən hazırlanmış səkkiz guşəli ulduzlar vurulur. Əraziyə güllərdən xalça döşənilir. Xiyabanın girişində ağ və qırmızı qərənfillərdən ibarət məşəl kompozisiyası hazırlanır. Giriş hissədəki Şəhidlər xiyabanı yazılmış lövhənin, eləcə də pilləkənlərin üstü ağ və qırmızı güllərlə bəzədilir. Şəhidlərin məzarları istiqamətində uzanan gül xalçaların hazırlanması prosesi isə artıq yekunlaşıb. “Əbədi məşəl” abidəsinin yaxınlığındakı pilləkənlərdə tək qərənfil kompozisiyası qurulur. Digər bir pilləkəndə isə 20 Yanvar sözü ağ və qırmızı güllərlə yazılır. Bütün kompozisiyaların yaradılmasında minlərlə qərənfil istifadə olunur. Milli matəm günü ilə əlaqədar insanlar xiyabana gəlir, torpaqlarımızın azadlığı uğurundan canlarından keçən oğul və qızlarımızın məzarlarını ziyarət edirlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Yanvar, 2016 11:06 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |