إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli: “Azərbaycanda dini məzhəb zəminində münasibətlər yüksək səviyyədədir”. AÇIQLAMA

“Azərbaycan dünyaya tolerantlıq və multikulturalizm nümunəsi olduğunu nümayiş etdirdi”

 

“Cənab Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “multikulturalizm ili” elan olunması ölkəmiz üçün çox böyük və tarixi əhəmiyyətə malik təqdirəlayiq hadisədir”.

Ahlibeyt.az-ın verdiyi məlumata görə,bu fikirləri Sia-ya açıqlamasında Məşədi Dadaş məscidinin axundu, ilahiyyatçı alim Hacı Şahin Həsənli deyib.

Hacı Şahin Həsənli bildirib ki, tarixən Azərbaycan ərazisində müxtəlif din və məzhəb təmsilçiləri qardaş kimi yaşayıblar: “Müasir günümüzdə müsəlman ölkələrində, şərq ölkələrində məzhəb və din zəminində bir çox qarşıdurmaların baş verdiyi bir vaxtda atılan bu addım olduqca önəmlidir. Azərbaycan tarixən tolerant ölkə olub. Azərbaycanda müxtəlif din və məzhəb təmsilçiləri, fərqli mədəniyyətə mənsub insanlar həmişə dinc şəraitdə yaşayıblar. Onlar arasında hətta tolerantlıqdan da yüksək münasibətlər olub. Bu Azərbaycanın tarixi nailiyyəti və böyük dəyəridir. Heydər məscidində qılınan vəhdət namazı bu böyük dəyərin nümayişi oldu. Həm sünni həm şiə məzhəbinin təmsilçiləri eyni bir məscidində eyni bir imamın arxasında namaz qıldılar. Bu əlamətdar hadisədir. Dünyaya bir mesaj oldu ki, Azərbaycanda dini məzhəb zəminində münasibətlər yüksək səviyyədədir. Ölkəmiz bu baxımdan dünyaya nümunədir”.

Onun sözlərinə görə, bir çox dövlətlərdə din pərdəsi altında böyük faciələr törədilir: “İnsanların inancından sui-istifadə edilərək vətəndaş qarşıdurmaları yaradılır. Belə bir şəraitdə Azərbaycanda bu münasibətlərin yüksək səviyədə olması böyük nailiyyətdir. Dövlət başçısının bu addımı yerində atılan addım oldu. Bununla Azərbaycan bir daha  dünyaya tolerantlıq və multikulturalizm nümunəsi olmasını nümayiş etdirdi”.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Yanvar, 2016  12:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!