|
“Şah Təhmasib Səfəvi” mövzusunda konfrans keçirilibAzərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Yasamal rayonundakı 20 Yanvar şəhidi Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində “Şah Təhmasib Səfəvi” mövzusunda konfrans keçirilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Tarix İnstitutunun mətbuat xidmətinin rəhbəri Nazim Xəlilovun Karabakhmedia.az-a verdiyi məlumatda bildirilir ki,21 nömrəli tam orta məktəbdə keçirilən konfransda lahiyənin rəhbəri, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov geniş çıxışında dövlətçilik tariximizdən, tarixi şəxsiyyətlərimizdən, tarixdə mövcud olmuş imperiyalarımızdan söz açmışdır. O, qeyd edib ki,Azərbaycanın 5 min illik dövlətçilik tarixi var: “Azərbaycan xalqının tarixi şəxsiyyətləri və imperiyaları olmadan dünya tarixini təsəvvür etsək, tarix çox kasıb görünər. Xalqımız orta əsrlərin böyük dövlətlərini – Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaratmışdır”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Yanvar, 2016 15:31 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |