|
|
“Azərbaycan multikulturalizmi” dərsliyi hazırlanırMillətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü və redaktorluğu ilə “Azərbaycan multikulturalizmi” dərsliyi hazırlanır.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən Apa-ya verilən məlumatda bildirilir ki,bu məqsədlə K. Abdullayev mərkəzdə dərsliyi hazırlayan müəlliflərlə toplantı keçirib.
Toplantıda dərsliyin istiqamətləri müəyyənləşdirib və müəlliflərlə yazacaqları bölmələrlə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, dünyanın 11 aparıcı universitetində bu fənn tədris edilir, dərsliyə ehtiyac var və dərsliyə olan ehtiyac təkcə Azərbaycan multikulturalizminin təbliği ilə deyil, eyni zamanda dünyada, xüsusən də Avropa ölkələrində olan multikultural ənənələrin müqayisəli şəkildə öyrənilməsi ilə də bağlıdır.
Dərslik Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihəsi çərçivəsində ölkəmizin və dünyanın nüfuzlu universitetlərində Azərbaycan multikulturalizmi fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Yanvar, 2016 10:30 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |