|
Azərbaycanda vəhhabiləri gizli yolla ölkədən çıxaran şəxs tutulubAzərbaycanda vəhhabi olduğu bildirilən şəxsləri gizli yolla ölkədən çıxaran şəxs tutulub.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Hüquq-mühafizə orqanlarından Apa-ya verilən məlumatda bildirlir ki, Azərbaycan-Gürcüstan sərhədinin Balakən rayonu ərazisindən keçən hissəsində vəhhabi olduğu bildirilən bir neçə şəxsin sərhədi qanunsuz keçməsi barədə polisə məlumat daxil olub.
Məlumat əsasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində onları sərhəddən keçirən şəxsin Zaqatala rayonu Əliabad qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elman Mirzəbəy oğlu Mirzəbəyov olması müəyyən edilib və o, saxlanılıb. Saxlanılarkən ondan bir ədəd “AK-74” markalı avtomat, bir ədəd avtomat darağı və 13 ədəd avtomat silahının gülləsi aşkarlanaraq götürülüb. Elman Mirzəbəyov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verib.
Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Yanvar, 2016 20:47 ⁄ Çap
Bu bölmədə9 Aprel, 2024 Ramazan Bayramınız Mübarək8 Aprel, 2024 Medianın İnkişafı Agentliyi və Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşları əsassız informasiyalara inanmamağa çağırıb8 Aprel, 2024 Ramazan bayramının namaz vaxtı açıqlanıb |
Xəbər lenti
8 Aprel, 2024 18:25
8 Aprel, 2024 18:04
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |