|
Həcc ziyarəti qiymətlərində artım olacağı gözlənilirAzərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarların səfərinin təşkili ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndə heyəti yanvarın sonunda Səudiyyə Ərəbistanına səfər edəcək. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, QMİ-dən APA-ya verilən məlumatda bildirilir ki, səfərin məqsədi ziyarətlə bağlı təşkilatı məsələlərin Səudiyyə Ərəbistanının Həcc Nazirliyi ilə müzakirə olunmasıdır. Fevralın 10-dan sonra isə Azərbaycanda builki Həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start veriləcək. Builki Həcc ziyarətində səfər xərclərinin əvvəlki illərə nisbətən artacağı da bildirilir. Buna səbəb kimi manatın dollara nisbətdə bu il kəskin ucuzlaşması göstərilir. Ziyarət xərcləri isə artıq ötən ildən ABŞ dolları ilə hesablanır. Qeyd edək ki, ötən ildən azərbaycanlı zəvvarların səfər xərclərinin ABŞ dolları ilə aparılmasına başlanılıb. Ötən Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq isə 4700 dollar olub. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Yanvar, 2016 15:36 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |