|
IV Qlobal Bakı Forumu bu ilin martında keçiriləcəkBu il martın 10-11-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumu keçiriləcək. Dörd ildir təşkil edilən bu ənənəvi Forumda bir sıra ölkələrin dövlət və hökumət başçılarının, habelə tanınmış nüfuzlu siyasi xadimlərin iştirakı gözlənilir. Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə, “Çoxqütblü dünyaya doğru” mövzusunda keçiriləcək Forumda 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir. IV Qlobal Bakı Forumunda dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə ediləcək və bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq. Qeyd edək ki, I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu 2013-cü, 2014-cü və 2015-ci illərdə Bakı şəhərində keçirilib. Bu toplantılara dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri qatılıblar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Yanvar, 2016 13:23 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |