|
|
Səudiyyə Ərəbistanı Yəməndə Sərhədsiz Həkimlərin xəstəxanasına raket hücumu edibYəməndə Sərhədsiz Həkimlər qrupu tərəfindən idarə olunan tibbi klinikaya raket hücumu nəticəsində ən azı 4 nəfərin həlak olduğu bildirilir.
Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə,qrupun açıqladığı bəyanatda deyilir ki, raket hücumu Saada vilayətinin Raze şəhərindəki Şiara xəstəxanasına qarşı həyata keçirilib.
Sərhədsiz Həkimlərin verdiyi məlumata görə, hücum nəticəsində ən azı 15 nəfər yaralanıb. Yaralılar arasında qrupun üzvləri də var. Məlumatda habelə bildirilir ki, dağıntılar altında insanların qaldığına görə ölənlərin sayının artacağı istisna edilmir.
Qrupun direktoru Raquel Ayora bildirib ki, hücumu həyata keçirənlər Şiara Hospitalının tibbi klinika kimi fəaliyyət göstərdiyini biliblər. "Onları bunu bilməməsi mümkün deyil" - deyə o, bildirib.
Onun sözlərinə görə, Səudiyyənin başçılıq etdiyi koalisiya da daxil olmaqla müharibə edən bütün tərəflərə vaxtaşırı tibbi klinikanın GPS kordinatları göndərilib.
Bu, son aylarda qrupun məruz qaldığı üçüncü hücumdur.
Beynəlxaq Qırmızı Xaç elan edib ki, Səudiyyə Ərəbistan qırıcıları son bir neçə ay ərzində Yəməndə 100-dən çox tibb məntəqəsi və xəstəxananı bombalayıb. Bildirilib ki, tibbi avadanlıq çatışmamazlığı yaralılar üçün ölüm təhlükəsi yaradır, Yəməndə həkimlər yarı dağılmış və az avadanlıqlarla yaralıları müayinə etsin
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Yanvar, 2016 12:13 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |