|
|
Mingəçevirdə dini icmalar və din xadimləri ilə görüş keçirilibDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dövlət qeydiyyatından keçərək şəhər ərazisində fəaliyyət göstərən dini icmalar və din xadimləri ilə görüş keçirilib. Ahlibeyt.az-ın Komitənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları və Mingəçevir şəhər İH-nin məsul əməkdaşı Sahib Əliyev də iştirak edib. Görüş zamanı Mingəçevir şəhərindəki mövcud dini durum, dini icmaların və din xadimlərinin fəaliyyətlərinin aktivləşdirilməsi istiqamətində geniş müzakirələr aparılıb. Eyni zamanda, dini radikalizm və ekstremizmə qarşı mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində dini icmaların və din xadimlərinin üzərinə düşən vəzifələr haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Mingəçevir şəhəri ərazisində 3 məscid (Mingəçevir şəhər “Heydər” məscidi, Mingəçevir şəhər “Fatimeyi Zəhra” məscidi və Mingəçevir şəhər Mingəçevir kənd “Cümə” məscidi) mövcuddur. Bu məscidlərin hər birində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmiş dini icmalar fəaliyyət göstərir. Bu dini icmalardan 2-si (Mingəçevir şəhər “Heydər” məscidi və Mingəçevir kənd “Cümə” məscidi dini icmaları təkrar, 1-i (Mingəçevir şəhəri “Zəhra” məscidi dini icması) isə ilk dəfə dövlət qeydiyyatından keçib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Yanvar, 2016 11:47 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |