|
Nardaran hadisələrindən sonra həbs olunan 12 nəfər azadlığa buraxıldı Nardaran hadisələrindən sonra inzibati qaydada həbs olunan 12 nəfər azadlığa buraxılıb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Trend-ə Nardaran ağsaqqalı Natiq Kərimov məlumat verib.
Onun sözlərinə görə, azadlığa buraxılanlar arasında Nardaranın Ağa məhəlləsindəki Cümə məscidinin keçmiş axundu Ataməli Nur da var. Həmin şəxslər Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barələrində 15 və 30 sutkalıq inzibati qaydada həbs olunan Nardaran sakinləridir. Saxlanılan şəxslərin inzibati həbs müddətləri başa çatdığı üçün azadlığa buraxılıblar.
N.Kərimov bildirib ki, ümumilikdə son günlərdə Nardaran hadisələri ilə bağlı inzibati həbs edilənlərdən 57 nəfər azadlığa buraxılıb.
Xatırladaq ki, Ataməli Nur da daxil olmaqla azadlığa buraxılan şəxslər Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılırdı.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Yanvar, 2016 12:12 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |