|
|
Tezliklə Bakı - Məşhəd birbaşa aviareysləri həyata keçiriləcəkBakıdan İranın Məşhəd şəhərinə yeni aviareys açılacaq Ahlibeyt.az-ın Salamnews-a İstinadən verdiyi xəbərə görə,bu barədə İranda səfərdə olan azərbaycanlı jurnalistlərə "ATI Travel" Turizm agentliyinin rəhbəri Hüseyn Namayi məlumat verib. Onun sözlərinə görə, artıq İran və Azərbaycan arasında danışıqlar öz müsbət həllini tapıb. Belə ki, Bakıdan Məşhədə təyyarə ilə ilk reys bu ilin mart ayının 19-na planlaşdırılıb. Bakı-Məşhəd avia reysinin 100 nəfərlik yerini "ATI Travel" Turizm agentliyi satışını həyata keçirəcək. Qalan yerləri isə AZAL özü satacaq. Turizm agentliyinin rəhbəri deyib ki, bundan əvvəl də Bakıdan Məşhədə təyyarə reysi olub. Lakin Məşhədə gələnlərin əksəriyyəti yerüstü nəqliyyat vasitəsinə üstünlük verirdilər. Bu səbəbdən də təyyarə reysi müvəqqəti dayandırılmışdı. Hazırda isə bu reys bərpa olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Yanvar, 2016 13:10 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |