|
Bu gün Məhəmməd(s) peyğəmbərin mübarək mövlud günüdürBəşəriyyətin əşrəfi Həzrət Məhəmmədin(s) mübarək mövlud günü münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edirik! Bu gün Allahın bəşəriyyət üçün göndərdiyi peyğəmbərin sonuncusu,ilahi təlimlərin ən kamilini insanlara çatdıran, yaradılışın ən üstünü olan Həzrəti Məhəmmədin (s) mübarək mövlud günüdür.Bu gün bütün İslam aləmi üçün ən əziz bayramlardan biridir. Allahın rəsulu Məhəmməd ibn Abdullah (s)miladi 570-ci ildə rəbbiül əvvəl ayının 17-də Məkkə şəhərində Qureyş tayfasının rəhbəri Əbdülmuttəlibin oğlu Abdullahın ailəsində dünyaya gəlib. Atası Abdullah Bəni-Zöhrə tayfasının başçısı Vəhəbin qızı Aminə ilə ailə həyatı qurduqdan bir neçə ay sonra ticarət səfərlərindən birində vəfat edir. Həzrət peyğəmbər hələ körpə ikən Bəni-Səd qəbiləsindən olan Həlimə adlı qadının yanında olan zaman anası dünyadan köçür, babası Əbdülmüttəlib onu himayəsinə götürür. Səkkiz yaşında ikən babası da vəfat etdikdən sonra Məhəmməd (s.ə.s) əmisi Əbu Talibin himayəsində yaşayır. 25 yaşında ikən Qüreyşin varlı qadınlarından olan Xədicənin ticarət karvanına rəhbərlik etməyə başlayır və bir müddət sonra onunla evlənir. Peyğəmbərin (s) bütün həyatı bəşəriyyət üçün həm fərdi, həm ictimai, həm də siyasi cəhətdən bir dərsdir - «Əfv və bağışlamağı əsas götürür və yaxşı işlərə rəğbətləndirir» («Əraf» 199). «Onların səhvlərini bağışla, xoş üzlü və dözümlü ol ki, Allah bağışlayan və xeyirxah insanları dost tutur» («Maidə» 13). Peyğəmbər onun haqqını tapdalayanların fərdi hüquqlarında cəza və tənbehə yol verməzdi. «O, kimsədən öz şəxsi haqqına görə intiqam almazdı. Bütün xəta edənləri bağışlayardı» («Bihar» 66). Bu hadisələr zamanı peyğəmbər cəmiyyətə rəhbər idi, O, müxtəlif fikirli insanların – müşriklərin, kitab əhlinin mövqelərinə dözər, hətta müəyyən zamanadək onlara öz fikirlərinin təbliği üçün imkan verərdi. Ən qatı düşmənlərini belə gələndə bağışlayardı. Peyğəmbərin həyatında nəzərə çarpan mühüm bir xüsusiyyət onun məsuliyyəti qəbul etməsidir. O, məsuliyyəti qəbul etməklə başqalarına xidmətə çalışır.Bu məsuliyyət çətinliklərə dözməklə, böhtanlarla üzləşməklə,müxtəliflərlə rastlaşmaqla həyata keçir. Bütün dözmək üçün insana çox böyük dözüm lazımdır. İlahi peyğəmbərlər böyük dözüm sahibi olduqlarından cəmiyyətə rəhbərlik məsuliyyətini daşıya bilmişlər. İnsanları fəzilətlə tanış etmək yolunda zorluqlarla üz-üzə gəlmişlər. Çətinliklərə dözərək ən yaxşı müvəffəqiyyəti əldə etmişlər. Onlar cəmiyyətə yol göstərmək üçün öz dövrlərinin zalımları ilə vuruşmuşlar.Bu işin icrası üçün böyük dözüm və məsuliyyətin qəbuluna ehtiyac var. Həzrətin yolu bu baxımdan çox aydındır. Quran onun bu xüsusiyyətini çox gözəl təsvir edir. O, xalqın hidayəti üçün gecə-gündüz tanımadı. Xalqın etiqadı və əxlaqi bəlalardan, zalımların zülmündən qurtarmaq üçün məsuliyyət hiss etdi. «O, sizin hidayətiniz üçün çalışır, möminlərə rəuf və mehribandır» (Tövbə 128) Həzrəti Məhəmmədin(s) məsuliyyəti ən çətin ictimai, siyasi və icrai məsuliyyət idi.Bəşər həyatının müxtəlif sahələrinə rəhbərlik onun öhdəsində idi. Həzrət (s) uyğun məsuliyyətə dözə biləcək bir tutuma malik olmalı idi. Onun ağıl nuru bütün dəyərlər üçün güzgü olmalı idi. Cəmiyyətə rəhbərlik çox böyük hadisədir və onun gerçəkləşməsi üçün ağıl nuru əsas şərtdir. Cəmiyyətə rəhbərlik məsuliyyətini peyğəmbərin çiyininə qoymuş Allah-taala onun tutumu və ağıl nuru haqqında belə buyurur: «Məgər biz sənin köksünü açıb genişləndirmədikmi?!» («Şərh» 1). Həmin bu ağıl nuru və tutum Quran kimi bir vəhy maarifini qəbul etdi. Həmin bu ağıl nuru növbənöv döyüşlərlə cəmiyyətə rəhbərliyi öhdəsinə götürdü. Həqiqətə uyğun düzgün mövqe seçməklə hamı üçün nümunə olası dəyərləri rəhbər tutdu. Peyğəmbər ağıl nuru və kamil tutuma malik olduğu üçün cəmiyyətə rəhbərlikdə düzgün mövqe tuta bilmişdi. Din hüquqları qarşılıqlı şəkildə gözlənilməsini göstəriş versə də, bəşər həyatında büdrəmələr olur. Əgər bir adam səhv edirsə və onun bu səhvi bir başqasının hüququnu tapdayırsa, büdrəyən adamla hansı formada rəftar olunmalıdır? İntiqam almaqlamı, yoxsa bağışlamaqla? İmkan olan yerdə bağışlamaq qəlblərin yumşalmasına, insanların ilahi dəyərlərə yaxınlaşmasına bais olur və bu ən yaxşı yoldur. Allah-taala da bağışlamağı üstün qiymətləndirir. Amma bu bağışlamağın səbəbi insanın zəifləməyi olmamalıdır və eləcə də bu bağışlama günaha rəğbətləndirməlidir. Doğru bir müdiriyyət və rəhbərlik yaratmaq üçün insanın tutumu, ağıl nuru mühüm rol oynayır və xeyli səmərəlidir. Ağıl nuru müxaliflərin və biganələrin haqqa yaxınlaşmasına, fikir oyanışına səbəb olur. Ağıl nuru və müdrik baxış başqalarını dəyərləri qiymətləndirməyə, quruculuğa həvəsləndirir. Rəhbərin ağıl nuru onu səmərəsiz fəaliyyətlərdən çəkindirir, ictimai qüvvələrin təşkilinə səbəb olur. Bu xüsusiyyətlərə görə insanların büdrəmələri bağışlanır. Nəhayət, ağıl nuru təxribatın və qüvvə itkisinin qarşısını alır, qüvvələri mütəşəkkil formada hədəfə doğru yönəldir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Dekabr, 2015 09:25 ⁄ Çap
Bu bölmədə7 Noyabr, 2024 Bu gün Xanım Zeynəbin (s.ə) mübarək mövlud günüdür14 Oktyabr, 2024 Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.12 Oktyabr, 2024 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür21 Sentyabr, 2024 Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür20 Sentyabr, 2024 Bu axşam Rəbiul-əvvəl ayının 17-si daxil olur - Günün əməlləri |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |