|
Azərbaycanda süni mayalanma üçün donorluğa qadağa qoyula bilərAzərbaycanda süni mayalanma üçün donorluğa qadağa qoyula bilər - “Surroqat ana” məsələsinin isə artıq müzakirə mövzusu olmadığı bildirilib Azərbaycanda ekstrokorporal (süni) mayalanma zamanı istifadə edilən reproduktiv hüceyrələr üçün donorluğun həyata keçirilməsinə qadağa qoyula bilər. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin parlamentin yaz sessiyasında müzakirəyə təqdim olunması üçün yenidən hazırlanması nəzərdə tutulur. Layihənin yeni varinatında mübahisə doğuran bütün məsələlərin həll ediləcəyi gözlənilir. Onun sözlərinə görə, layihəyə ekstrokorporal mayalanma üçün donorluğun qadağan edilməsi, ekstrokorporal mayalanmanın həyata keçirilməsi üçün yalnız ata və ananın hüceyrələrindən istifadə edilməsi məsələsinin daxil edilməsi nəzərdə tutulur: “Ata və ananın hüceyrəsi ekstrokorporal mayalanma üçün fəaliyyət qabiliyyətində deyilsə, onda donor üçün başqa insanın yumurta hüceyrəsi, yaxud kişi cinsi hüceyrəsi götürülür. Ancaq ana və atanın öz hüceyrələrindən mayalanma baş verirsə, bu, artıq donorluq hesab edilmir. Qafqaz Müsəlmanları İdarəsi də donoqluq məsələsinə razılıq vermirdi. Buna görə də biz donorluğu layihədən çıxarda və Azərbaycanda donorluğa qadağa qoyulması məsələsinə baxa bilərik”. Deputat islam ölkələrinin çoxunda donorluğa icazənin verilmədiyini də söyləyib. M.Quliyev əlavə edib ki, qanun layihəsinin hazırkı variantında ekstrokorporal mayalanmanın həm dövlət, həm özəl, həm də bələdiyyə klinikalarında tətbiqinə icazə verilir. Amma Səhiyyə Nazirliyi bununla razılaşmayaraq, ekstrokorporal mayalanmanın tətbiq olunacağı klinikaların müəyyənləşdirmə səlahiyyətinin Nazirlər Kabinetinə verilməsini təklif edir: “Bu, doğru yanaşmadır. Çünki özəl və bələdiyyə klinikalarında bunun üçün lazımi şərait olmaya bilər. Bu baxımdan həmin xidmətin göstərilməsi üçün lisenziyanın verilməsi məsələsinin hökumətin səlahiyyətinə verilməsi düzgündür. Yəqin ki, bu məsələ də öz həllini tapacaq”. Onun sözlərinə görə, qanun layihəsinə sosial baxımdan aztəminatlı, sonsuz ailələrə ekstrokorporal mayalanmanın bir dəfə dövlət vəsaiti hesabına (pulsuz) həyata keçirilməsi üçün şans verilməsi məsələsi daxil edilmişdi. Amma Maliyyə Nazirliyinin bu məsələyə iradı olub və bildirilib ki, icbari tibbi sığorta hesabına bunu həyata keçirmək olar: “Biz artıq bunu da razılaşdırma ərəfəsindəyik. İcbari tibbi sığorta yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Artıq problem qalmayıb. Biz bu məsələləri əlaqədar nazirliklə də razılaşdırmalıyıq. Yəqin ki, gələn ilin yanvar ayı ərzində bütün məsələləri razılaşdıracağıq”. M.Quliyev layihəyə əvvəlcə daxil edilmiş “surroqat ana” məsələsinin artıq müzakirə mövzusu olmadığını da deyib. Xatırladaq ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin son variantına görə, somatik və psixi cəhətdən sağlam, ailəli, azı bir uşağı olan, yaşı 35-dək olan kişilər və qadınlar müvafiq tibbi və genetik müayinədən keçdikdən sonra mayalanma xüsusiyyətinə malik reproduktiv hüceyrələrin donoru ola bilərlər. "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin müzakirəsi milli mentalitetə uyğun gəlməməsi səbəbindən bir neçə dəfə təxirə salınıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Dekabr, 2015 10:54 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |