|
|
Nardaran ağsaqqalı: “Əminik ki, Nardaranda baş verən hadisələrin əsas səbəbi tezliklə açılacaq”“Nardarana işıq və qaz verilir. Camaatın dövlətdən, prezidentdən heç bir narazılığı yoxdur.” Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsində Məhəmməd peyğəmbərin (s) mövludu günü ilə bağlı keçirilən tədbirdə Nardaran ağsaqqalı Hacı Əlövsət Zeynalov deyib. O qeyd edib ki, Nardaran camaatı prezidentin yanındadır: “Nardaranlılar hamısı bir nəfər kimi prezident İlham Əliyevin yanındadırlar. Biz ona inanırıq. Əminik ki, tezliklə Nardaranda baş verən hadisələrin əsas səbəbi açılacaq, bunun arxasında nələrin durduğu üzə çıxacaq. Bu gün Nardarana giriş-çıxış çətindir. Başa düşürük ki, baş vermiş hadisələr üzündən nəzarət olmalıdır və bütün bunlar bunun üçün edilir. Amma biz prezidentimizə inanırıq ki, tezliklə bu hadisəni tam çözəcək və bütün bunlar aradan qalxacaq. Biz hələ də şokdayıq ki, bizim Nardaranda belə hadisə baş verib. Dövlətimiz tezliklə bu müəmmanı açacaq. Çünki bu, Nardarana yaraşan hadisə deyildi”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Dekabr, 2015 12:47 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |