|
|
QMİ-də Məhəmməd(s) peyğəmbərin Mövludu günü ilə bağlı tədbir keçirilibQafqaz Müsəlmanları İdarəsində (QMİ) bu gün Həzrət Məhəmməd Peyğəmbərin (s) mövlud günü ilə bağlı tədbir keçirilib Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, tədbiri açılış nitqi ilə QMİ rəhbəri, bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə açıb. O, Məhəmməd Peyğəmbərin (s) mövlud gününün əhəmiyyətindən danışaraq hər kəsi bu gün münasibəti ilə təbrik edib: “Biz burada bütün müsəlmanlar vəhdət həftəsini qeyd edirik. Əvvəllər biz bu günü gizli şəkildə keçirdərdik. Bizlər heç vaxt istər sovet dövründə, istərsə də başqa dövrlərdə öz dinimizi unutmamışıq. Ulu öndər Heydər Əliyev güclü Azərbaycanın bünövrəsini qoydu." QMİ sədri Heydər Əliyevin "Təzə Pir" Məscidinə gəldiyi günü xatırladaraq qeyd edib ki, ulu öndər həmişə Azərbaycanda dini dəyərlərə diqqəti və qayğısı ilə seçilib. Bu gün Peyğəmbərin (s) mövludu çox maraqlıdır ki, ulu öndərin bizim üçün yetişdirdiyi Azərbaycan Prezidenti İlham Əliyevin doğum gününə təsadüf edir. Bu, çox böyük bir töhfədir”. Sonra QMİ rəhbəri Azərbaycan Prezidentini və onun ailəsini doğum günü münasibətilə təbrik edib. Tədbirdə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin də iştirak edir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Dekabr, 2015 12:37 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |