|
QMİ sədri: “Kris Smitin Konqresə təqdim etdiyi sənəd Azərbaycan-ABŞ münasibətlərinə xələl gətirə bilər”Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb Ahlibeyt.az-ın Azərtac-a istinadən verdiyi məlumata görə, A. Paşazadə səfiri və bütün Amerika xalqını qarşıdan gələn Milad bayramı münasibətilə təbrik edib, xoş arzularını bildirib. Görüşdə QMİ-nin sədri Azərbaycanda mövcud tolerantlıq mühiti, dinlərarası dialoq və əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlər, habelə dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə səfirə məlumat verib. Şeyxülislam qeyd edib ki, müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bu sahədə görülən işlər yüksək qiymətləndirilir. Səfir R. Sekuta isə fəaliyyət müddəti ərzində Azərbaycanda müşahidə etdiyi dinlərarası və məzhəblərarası səmimi münasibətlərdən, ölkəsində olduğu kimi, Azərbaycanda da tolerantlıq mühitinin mövcudluğundan məmnunluğunu vurğulayıb. O bildirib ki, səfir olaraq öz vəzifəsini Azərbaycanla ABŞ arasında əlaqələrin bütün sahələrdə daha da inkişaf etdirilməsi istiqamətində səy göstərməkdə görür. Şeyxülislam A.Paşazadə xalqlarımız, dövlətlərimiz arasında dostluq və əməkdaşlığın daha yüksək səviyyəyə qalxmasını arzu etdiyini bildirib. Qeyd edib ki, ABŞ-dan təşrif buyuran müxtəlif ictimai, siyasi, dini xadimlərlə, KİV nümayəndələri ilə görüşlərində hər zaman bu istiqamətdə söhbət aparıb. Səfirin Azərbaycandakı tolerantlıq haqqında söylədiyi fikirləri yüksək dəyərləndirdiyini bildirən QMİ sədri konqresmen Kris Smitin bu yaxınlarda ABŞ Konqresinə təqdim etdiyi, Azərbaycanda dini vəziyyətlə bağlı həqiqətəuyğun olmayan məqamların əksini tapdığı qanun layihəsinin qəbuledilməz olduğunu bildirib. Şeyxülislam A.Paşazadə Azərbaycan dindarlarının mövqeyini ifadə edərək, belə bir qeyri-obyektiv sənəd layihəsinin meydana gəlməsinin ikitərəfli münasibətlərə xələl gətirə biləcəyini diqqətə çatdırıb. Səfir ABŞ-da bu cür qanun layihələrinin gündəmə gəlməsi və qəbulu mexanizmi barədə məlumat verib. QMİ sədri Azərbaycanda son zamanlar dini sahədə qanunvericiliyə edilən dəyişikliklərlə bağlı səfiri maraqlandıran sualları cavablandırıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Dekabr, 2015 10:13 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |