|
|
“Dar Al Ber”-in Bakı nümayəndəliyin rəhbəri İnterpol xətti ilə axtarışa verilib(Foto)"Vəhhabi"təriqət üzvləri ilə yaxınlığı bildirilən "Dar al Ber” beynəlxalq xeyriyyə təşkilatının Bakı nümayəndəliyin rəhbəri İnterpol xətti ilə axtarışa verilib Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 45 yaşlı Rəşad Axundov külli miqdarda vergidən yayınmaqda təqsirləndirilir. O, Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib. Hazırda onun tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Məlumata görə, axtarışa verilən R. Axundov “Dar Al Ber” beynəlxalq xeyriyyə təşkilatının Bakı nümayəndəliyinin rəhbəri olub. Azərbaycan mətbuatında dəfələrlə R. Axundovun “Vəhabi” təriqətinin üzvləri ilə yaxın əlaqələrinin olması ilə bağlı məlumatlar yayılıb. Hələ 2014-cü ildə “Dar Al Ber” beynəlxalq xeyriyyə təşkilatının Bakı nümayəndəliyində MTN və Vergilər Nazirliyi birgə əməliyyat keçirib. Əməliyyat zamanı nümayəndəliyin rəhbəri R. Axundov saxlanılıb, bir gün sonra isə sərbəst buraxılıb. Adıçəkilən xeyriyyə təşkilatı 1979-cu ildə Birləşmiş Ərəb Əmirliklərində təsis edilib. Təşkilat 1994-cü ildə Azərbaycanda nümayəndəliyini açıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Dekabr, 2015 12:21 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |