|
Bakıda "Gənclər dini radikalizmə və ekstremizmə "yox" deyir" mövzusunda konfrans keçirilib (FOTO)Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin birgə təşkilatçılığı ilə "Gənclər dini radikalizmə və ekstremizmə "yox" deyir" mövzusunda elmi-praktiki konfrans keçirilib. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlı, YAP Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri, deputat Şahin İsmayılov və gənclər təşkilatlarının üzvləri iştirak ediblər. Tədbirdə Komitə sədri Mübariz Qurbanlı dini radikalizm və ekstremizmin bu gün hər kəsi maraqlandıran və diqqət mərkəzində olan məsələlərdən biri olduğunu qeyd edib. Komitə sədri bildirib ki, dini radikalizm meylləri o zaman meydana gəlir ki, kimlərsə dindən siyasi məqsəd, hakimiyyəti ələ almaq və yaxud hansısa bu və digər marağını ifadə etmək üçün istifadə edir. İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlı olduğunu bildirən Mübariz Qurbanlı bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü deyib. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, dinin cəmiyyət həyatında, xüsusən də gənclərin mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu düzgün istiqamətləndirilməli, mütərəqqi islami dəyərlərin tətbiqi, təşviqi müasir tələblər səviyyəsində aparılmalı, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir. Sonra ATGTİ-nin sədri, deputat Şahin İsmayılov, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Bakı Dövlət Universitetinin müəllimi Aqil Şirinov, "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov, AGAT-ın sədri Nərgiz Xələf və digərləri çıxış edərək dini radikalizm və ekstremizə qarşı mübarizədə gənclər arasında maarifləndirmə tədbirlərinin mütəmadi davam etdirilməsinin vacibliyini vurğulayıblar. Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Dekabr, 2015 11:31 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |