|
Azərbaycanın "Terrorizmə qarşı İslam koalisiyası"na qoşulmasına dair müzakirələr aparılırSəudiyyə Ərəbistanının paytaxtı Riyadda 34 İslam ölkəsinin terrorizmə qarşı koalisiyası yaradılıb -Bu barədə Səudiyyənin rəsmi SPA xəbər agentliyi məlumat yayıb Ahlibeyt.az-ın məlumatına görə,xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Anspress-ə açıqlamasında bildirib ki,Azərbaycanın "Terrorizmə qarşı İslam koalisiyası"na qoşulmasına dair müzakirələr aparılır. Onun sözlərinə görə, məsələ ilə əlaqədar Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl Cubeir arasında telefon danışığı olub. H.Hacıyev qeyd edib ki, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq ölkəmizin bu qəbildən olan hər hansı strukturlarda iştirakı ölkədaxili prosedurların tələbləri əsasında nəzərdən keçirilməlidir. Hal-hazırda məsələyə baxılır. Qeyd edək ki,yaradılan koalisiyaya qatılan ölkələrin ortaq açıqlamasında bildirilir ki, koalisiya yer üzündə fitnə və fəsad yaradan, insanları qorxudan və öldürən silahlı terrorçu qruplaşmalara qarşı yaradılıb. Koalisiyaya qoşulan ölkələr aşağıdakılardır: "Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Bəhreyn, Banqladeş, Benin, Türkiyə, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Mali, Maldiv adaları, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən". Açıqlamada o da qeyd olunur ki, İndoneziya da daxil olmaqla daha 10 ölkə də koalisiyanı dəstəkləyir. Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya İŞİD-ə qarşı mübarizə aparır. Koalisiyaya üzv ölkələrin Hərbi Hava Qüvvələrinin qırıcıları İŞİD terrorçularını bombardman edir. Həmçinin Rusiya prezidenti Vladimir Putin də İŞİD terrorçu qruplaşmasına qarşı yeni koalisiya yaradılmasını təklif edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Dekabr, 2015 12:16 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |