|
|
Məhkəmə Suriyada İŞİD-in tərkibində döyüşən azərbaycanlıya ağır cəza veribBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq Suriya və İraqa gedərək orada terror təşkilatlarına qoşulmaqda təqsirləndirilən Elşən Adilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb Ahlibeyt.az-ın "Report"a istinadla verdiyi məlumata görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Adilov 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Elşən Adilov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriyanın və İraqın ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının fəaliyyətində iştirak edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Dekabr, 2015 16:17 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |