|
|
"Heydər" məscidində ilk dəfə olaraq camaat namazı qılınıb(Fotolent)Bu gün Bakıdakı "Heydər" Məscidində prezident Heydər Əliyevin vəfatının növbəti ildönümü ilə əlaqədar anım mərasimi keçirilib Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, mərasim zamanı Heydər məscidində ilk dəfə olaraq camaat namazı qılınıb, Heydər Əliyevin ruhuna dualar oxunub. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Heydər məscidində ilk dəfə xütbə oxuyub. Şeyxülislam bütün şəhidlərə Allahdan rəhmət diləyib. O bildirib ki, bundan sonra tanınmış dindarlar Heydər məscidində xütbə oxuyacaqlar. A. Paşazadə qeyd edib ki, Yaxın Şərq regionunda Heydər Məscidi qədər əzəmətli məscid yoxdur. Daha sonra şeyxülislam Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb: Biz Heydər Əliyevlə Məkkədə olarkən mənə dedi ki, hər zaman buranı ziyarət etmək arzusunda olub. O,qeyd edib ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin bünövrəsini qoydu. Onun yaratdığı dövlət bu gün dünyada tanınır. Allah Heydər Əliyevə rəhmət eləsin!” A. Paşazadə “Günəşli” platformasında həyatını itirən vətəndaşlara da rəhmət diləyib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Dekabr, 2015 15:14 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |