|
|
Cəzaçəkmə müəssisələrində “Dinimiz mənəviyyatımızdır” mövzusunda tədbirlər keçirilibBu gün 12 və 13 saylı cəzaçəkmə müəssisələrində “Dinimiz mənəviyyatımızdır” mövzusunda tədbirlər keçirilib. Hər iki tədbirdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini vəzifəsini icra edən ədliyyə polkovniki Rafiq Ramazanov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Komitənin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev iştirak ediblər. Ahlibeyt.az-ın Dini Komitənin mətbuat xidmətinə istinadən məlumatına görə, tədbirlərdə çıxış edən Penitensiar Xidmətin rəis müavini vəzifəsini icra edən ədliyyə polkovniki Rafiq Ramazanov hazırda dünyada baş verən prosseslər barədə məlumat verib, İslamın sülh dini olduğunu, terrora heç bir aidiyyatı olmadığını bildirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov ölkəmizdə dinə münasibətin yüksək səviyyədə olmasını və Azərbaycanın tolerant ölkə olduğunu diqqətə çatdırıb. Ümummilli Liderimiz Heydər Əliyevin “Dinimiz mənəviyyatımızdır” kəlamını yada salaraq, ibadət edən hər kəs milli kimliyini unutmamalı olduğunu bidirib. Azərbaycanda bütün dinlərin nümayəndələrinə eyni münasibət göstərilir, məscidlər, sinoqoqlar, kilsələr tikilir, təmir olunur. S. Heydərov təəssüflə qeyd edib ki, bəzi qüvvələr İslamı terrorçu din kimi təbliğ edərək öz məqsədlərinə nail olmaq istəyirlər. Komitənin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev çıxış edərək, son vaxtlar islam ölkələrində baş verən hadisələrdən danışıb. Hər iki tədbirin sonunda müəssisə rəisləri çıxış edərək, belə görüşlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu bildiriblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Dekabr, 2015 13:08 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |