|
Rəsmi məlumat:Zaqatalada törədilən ağır cinayət radikal dini təqiqət üzvləri tərəfindən həyata keçirilibRespublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Zaqatala rayon sakininin xüsusi amansızlıqla əllərinin kəsilməsi faktı ilə bağlı birgə məlumat yayıb Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunur ki,noyabrın 28-də Zaqatala rayon sakini Vüsal Bəşirovun həmkəndliləri tərəfindən qəsdən öldürülməsinə cəhd faktına görə rayon prokurorluğunda cinayət işi başlanmış, hadisə yerinə baxış keçirilmiş, cinayətin aləti olan balta maddi sübut kimi götürülmüş, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat hərəkətləri həyata keçirilib. Müəyyən edilib ki, qeyd edilən tarixdə radikal dini təriqətlərdən birinə mənsub rayon sakinləri Rəşad Tahirov və Araz Musayev aralarında əldə olunmuş razılığa əsasən həmyerliləri Vüsal Bəşirovu şəriət qanunları ilə cəzalandırmaq məqsədi ilə əvvəlcədən balta alıb ağzını itilədərək özlərinə məxsus mağazada gizlətmiş, sonra onunla görüşüb kirayədə yaşadıqları evə aparmış, Araz Musayevə olan borcunu vaxtında qaytarmadığına görə döyüb, əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq tanışları Akif Mustafayevin idarə etdiyi minik avtomobili ilə şəhərin “Asma körpü” deyilən ərazisinə aparmaqla bir neçə saat qanunsuz azadlıqdan məhrum ediblər. İstintaq araşdırmaları ilə həmçinin R.Tahirovun qəsdən öldürmək məqsədi ilə V.Bəşirovun ayaqlarını tutması, A.Musayevin isə dizlərini onun çiyin nahiyəsinə qoyub özü ilə gətirdiyi balta ilə xüsusi amansızlıqla Vüsalın hər iki əlini bilək nahiyəsindən kəsməsi və qanitirmədən ölə biləcəyinə əmin olduqdan sonra zərərçəkmişi əlləri və ayaqları bağlı vəziyyətdə qoyaraq hadisə yerindən qaçmalarına dair kifayət qədər sübutlar toplanıb. A.Musayev rayon Polis Şöbəsinə gedərək təslim olmuş, R.Tahirov və A.Mustafayev isə istintaqdan gizləniblər. Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Tahirov və A.Mustafayev də tutularaq istintaqa cəlb ediliblər. R.Tahirova Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə), 29,120.2.1, 29,120.2.2 və 29,120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd), A.Musayevə 29,120.2.1, 29,120.2.2 və 29,120.2.4-cü maddələri, A.Mustafayevə isə 145.2.4-cü maddələri ilə ittiham elan edilərək barələrində rayon məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Dekabr, 2015 13:33 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |