|
Dövlət Komitəsi: Aşura mərasimlərinin qadağan olunması barədə fikirlərin heç bir əsası yoxdurSon günlər xaricdən idarə olunan bəzi dini təyinatlı saytlarda Azərbaycanda dini durum, qanunvericiliyə edilmiş dəyişikliklərlə bağlı həqiqətə uyğun olmayan müxtəlif fikirlər yayılır Ahlibeyt.az-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mətbuat xidmətinin yaydığı məlumata görə, məlumatlarda ölkəmizdə guya dini etiqad azadlığının məhdudlaşdırılması, dini mərasimlərin keçirilməsinin qarşısının alınması, hətta Aşura mərasiminin qadağan edilməsi, dindarlara qarşı təzyiq göstərilməsi və digər həqiqətə uyğun olmayan məsələlər haqqında danışılır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bildirir ki, bəzi hallarda həqiqətdən uzaq olan bu informasiyalar dövlət məmurlarının, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin adından yayılır: “Cəmiyyətdə, xüsusən dindarlar arasında bu cür şayiələrin yayılması ölkəmizdə dövlət-din münasibətlərinə kölgə salmağa, insanlar arasında çaşqınlıq yaratmağa və dindarlarda dövlətə qarşı mənfi rəy formalaşdırmağa yönəlmiş uğursuz cəhddən başqa bir şey deyil. Son günlər Milli Məclisin qəbul etdiyi qanunlar, mövcud qanunvericiliyə edilən dəyişikliklər heç bir halda ölkədə dini etiqad azadlığının məhdudlaşdırılmasına yönəlməyib. Eyni zamanda ölkəmizdə dini mərasimlərin, o cümlədən Aşura mərasimlərinin keçirilməsinin qadağan olunması barədə söylənən fikirlərin heç bir əsası yoxdur. Hər il olduğu kimi, bu il də Aşura və ərbəin mərasimləri məscidlərdə qeyd olunub və gələcəkdə də qeyd ediləcək. Ölkəmizdə dini etiqad azadlığı dövlətin təminatı altındadır və dinindən asılı olmayaraq hər bir vətəndaşın hüququ qorunur”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Dekabr, 2015 21:17 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |