إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Nadir şah Əfşar” mövzusunda konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində “Nadir şah Əfşar” mövzusunda konfrans keçirilib

Tarix İnstitutunun mətbuat xidmətinin rəhbəri Nazim Xəlilov Salamnews-a bildirib ki,Heydər Əliyev adına Müasir Təhsil Kompleksində keçirilən konfransda lahiyənin rəhbəri, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov geniş çıxışında dövlətçilik tariximizdən, tarixi şəxsiyyətlərimizdən, tarixdə mövcud olmuş imperiyalarımızdan söz açıb. O, bildirib ki, Azərbaycanın 5 min illik dövlətçilik tarixi var: “Azərbaycan xalqının dövlətçilik ənənələri və imperiya yaratmaq mədəniyyəti qədim və zəngindir. Xalqımız orta əsrlərin böyük dövlətlərini – Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaratmışlar”.

Tarixçi-alim Y.Mahmudov Əfşarlar imperiyasının banisi Nadir şah Əfşar haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib. O, qeyd edib ki, Əfşarlar imperiyası Səfəvilərin davamıdır: “Tarixdə 3 hökmdar – Makedoniyalı İsgəndər, Əmir Teymur və Nadir şah Əfşar Hindistanı asılı vəziyyətə sala bilib. Nadir şah məzhəb ayrı-seçkiliyinə son qoymağa çalışıb”.

Yaqub Mahmudov çıxışında bildirib ki, tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur: “Azərbaycan xalqı imperiyalar yaradan xalqdır”.

Nadir şah Əfşara həsr olunmuş konfransda daha sonra lahiyənin təşkilat komitəsinin sədri Araz Şamil, tarixçi-alimlər Tofiq Mustafazadə, Camal Mustafayev, Mehman Süleymanov, Güntəkin Nəcəfli, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Nasim Abışov və kompleksin tarix müəllimi Leyla Hüseynova çıxış ediblər.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdlərinin iştirakı ilə Nadir şaha həsr olunmuş “Şətrənc” adlı tamaşa da göstərilib. Tamaşa konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.



- See more at: http://salamnews.org/az/news/read/199443#sthash.o4IIkvgn.dpuf

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Dekabr, 2015  09:23 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!