|
|
Cəbhə xəttində ermənilər onlarla itki verib(VİDEO)Son günlər Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin fəaliyyəti nəticəsində həm Azərbaycan-Ermənistan dövlət sərhədi, həm də işğal olunmuş ərazilərdəki qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Müdafiə Nazirliyi mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, Ermənistanın işğalçı rəhbərliyinin məqsədyönlü surətdə gərginliyi artırması Azərbaycan tərəfini cavab tədbirləri görməyə məcbur edib. Sutka ərzində müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilən koordinatlar üzrə düşmənin cəmləşdiyi nöqtələrə minaatanlardan vurulan zərbələr nəticəsində erməni tərəfi canlı qüvvə sarıdan onlarla itki verib, onun bir neçə avtomobil texnikası sıradan çıxarılıb: "Ermənistan tərəfi döyüş itkilərinin sayını yenə də azaltmaq üçün, Dağlıq Qarabağdan olan hərbi qulluqçuların, səngərlərə yerləşdirilən mülki əhalinin, eləcə də Yaxın Şərqin müxtəlif qaynar nöqtələrindən gələn muzdluların məhv edilməsi faktlarını gizlədir".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Dekabr, 2015 12:01 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |