|
Bərdə“Uğurbəyli”məscidi icması dini maarifləndirmə yayihəsi çərçivəsində tədbir keçiribDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bərdə rayonu “Uğurbəyli” kənd məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində dekabrın 4-də Uğurbəyli kəndində “Dini radikalizm və onunla mübarizə üsulları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib Bərdə rayonu Uğurbəyli kənd məscidində təşkil olunmuş tədbirdə Bərdə şəhər “Cümə” məscidinin axundu Ramazan Hüseynov, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər. Ahlibeyt.az-ın Dini Komitənin mətbuat xidmətinə istinadən məlumatına görə,tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fuad Şirinov Dini radikalizm ilə mübarizədə dini icmaların və din xadimlərinin üzərinə düşən vəzifələrdən bəhs edərək düzgün dini maarifləndirmənin bu məsələdəki əvəzsiz rolundan söz açıb. Bərdə rayonu Uğurbəyli kənd məscidi dini icmasının sədri Səbuhi Hacıyev isə layihə çərçivəsində həyata keçiriləcək maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. Çıxış edən digər natiqlər radikalizmin fəsadlarından, gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs ediblər. Bərdə rayonu Uğurbəyli kənd məscidində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, Bərdə rayon İcra Hakimiyyətinin əməkdaşı Zöhrab Zöhrabbəyov, Bərdə rayonu Gənclər və İdman İdarəsinin əməkdaşı Anar Şahbazov, dini icmanın sədri Səbuhi Hacıyev, QMİ-nin Bərdə rayonu üzrə səlahiyyətli nümayəndəsi iştirak ediblər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Dekabr, 2015 12:01 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |