|
|
Terrorçuluqla mübarizədə polisə yeni səlahiyyətlər verilib Bu gün Milli Məclisin plenar iclasında "Polis haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, qanun layihəsi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Qanun layihəsinə əsasən, Azərbaycanda terrorçuluqla mübarizə sahəsində polisə yeni səlahiyyət verilir.
Qanunun 26-cı maddəsinə (Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi) təklif edilən əlavəyə əsasən, terrorçuluq və ya dini ekstremizm, yaxud dövlət Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq ediləcək.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Dekabr, 2015 16:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |