|
|
Baş nazir Əhməd Davudoğlu Şəhidlər xiyabanını ziyarət edibTürkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu dekabrın 4-də Şəhidlər xiyabanını ziyarət edib. ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə,burada Türkiyə Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Baş nazir Əhməd Davudoğlu Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Türkiyənin Baş nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. Sonra Baş nazir Əhməd Davudoğlu Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Dekabr, 2015 16:17 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |