|
|
Prezident İlham Əliyev:"Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir""Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir, biz bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik" Ahlibeyt.az-ın Anspress-ə istinadən verdiyi məlumata görə,bunu prezident İlham Əliyev Türkiyə baş naziri Əhməd Davudoğlu ilə görüşündə deyib. Prezident İlham Əliyev Əhməd Davudoğlunun Türkiyədə parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana etdiyini xüsusi vurğulayaraq bunun Türkiyə-Azərbaycan qardaşlığını göstərirdiyini deyib. "Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir, biz bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik. Səfərə geniş nümayəndə heyəti gəlib, ikitərəfli görüşlər keçiriləcək. Bütün sahələrdə əlaqələr inkişaf edir və bu səfər də əlaqələrin inkişafında mühüm rol oynayacaq”. Əhməd Davudoğlu isə öz növbəsində Azərbaycana gəlməsini belə şərh edib: “Azərbaycan “Can Azərbaycandır”, bizim canımızdır. Yeni hökumət üzvlərini də sizə təqdim edəcəm. Əlaqələrimiz genişdir, dünyada heç bir dövlət Türkiyə və Azərbaycan qədər yaxın deyil. Sizi də seçkilərdəki uğurlarınız münasibəti ilə təbrik edirəm”. Davudoğlu qeyd edib ki, Türkiyə ilə Azərbaycan münasibətləri onlar üçün çox önəmlidir. "Ankarada kim iqtidara gəlsə öncə Bakıya səfər edəcək. Türkiyə və Azərbayacan sabit inkişaf edən iki ölkədir. Azərbaycanla olan münasibətlərimiz daima ən yüksək səviyyədə olub. Türkiyənin inkişafı, Azərbaycanın inkişafıdır". "Hədəfimiz indi 5 milyard dollar olan ticarət dövriyyəmizi 15 milyarda qaldırmaqdır. Müdafiə sahəsində də ortaq işlər davam edəcək. Azərbaycanın öz müdafiə sənayesini inkişaf etdirməsi və Türkiyə ilə birlikdə hərəkət etməsi bizim üçün çox önəmlidir. Türkiyə olaraq Qarabağla bağlı mövqeyimiz qətidir. Azərbaycana olan dəstəyimiz davam edəcək. Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi adına atılacaq hər addıma dəstək verəcəyik". Baş nazir deyib ki, İlham Əliyevlə görüşdə ikitərəfli münasibətlərdən əlavə Suriya, Yaxın Şərqdəki vəziyyət də müzakirə edilib. İ.Əliyevə rus təyyarəsinin vurulması ilə bağlı məlumat verilib. Təkbətək görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Əlaqələrin genişləndirilməsi baxımından bu səfərin önəmi xüsusi vurğulanıb. Münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İlham Əliyev və Əhməd Davudoğlunun təkbətək görüşündən sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Dekabr, 2015 17:36 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |