|
|
Allahşükür Paşazadə:Nardaranda baş verənlərin dinə aidiyyəti yoxdur“Nardaranda baş verənlər bizi məyus etdi. Hadisələr zamanı biz müraciət yaydıq. Baş verənlərin dinə aidiyyəti yoxdur. Bu, dövlət çevrilişinə cəhd, terrordur. Biz bunu qəti şəkildə pisləyirik” Ahlibeyt.az-ın Apa-ya istinadən məlmatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə bildirib. O qeyd edib ki, Azərbaycanda dövlət din üçün hər cür şərait yaradıb: “Kim Taleh Bağırzadə kimilərinin yanında olacaqsa, bu, nankorluqdur, dövlətə, dövlət başçısına qarşı olmaq deməkdir. Nardaranda bəzi dindarlar, ağsaqqallar var. Bir qrup adam onların inamından istifadə edib. O adamlar nardaranlı deyil. Ulu öndərin vaxtında Nardaranda 40-a yaxın insanın həbsdən buraxılması, ziyarətgahın bərpa edilməsində rolumuz oldu. Bir növ sülh yarada bildik. Heyfislənirəm ki, bu məsələ sonradan həllini tapa bilmədi. Artıq bir neçə gündür, güc yolu ilə həll olunur. Bu, düzgün qərardır. Bu məsələnin həllində biz aciz qaldıq”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Dekabr, 2015 15:04 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |