إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İslam Universitetində Kərbəla şəhidlərinə həsr olunmuş elmi seminar keçirilib

Bakı İslam Universitetində (BİU) Kərbəla şəhidlərinə həsr olunmuş elmi seminar keçirilib

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Universitetin mətbuat xidmətindən Salamnews-a verilən məlumatda bildirilir ki, BİU-nun Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə universitetdə Kərbəla şəhidləri yad edilib. İlk olaraq, Kərbəla şəhidləri və Qarabağ uğrunda döyüşlərdə şəhid olanların ruhuna TEC-in üvzü 4-cü kurs tələbəsi Ziyad Məmmədbəyli Qurandan ayələr oxuyub.

Universitetin prorektoru Elçin Həsənli, “ictimai fənlər” kafedrasının müdiri Elvin Talışınski, “dillər” kafedrasının müəllimi Anar Məmmədov mövzu ətrafında çıxış etdikdən sonra gənclərin bu təşəbbüsünü alqışladıqlarını və gələcək fəaliyyətlərində uğurlar arzuladıqlarını bildiriblər.

Daha sonra tələbələrin hazrladıqları məruzələr dinlənilib.

Elmi seminarın əsas məruzəçiləri qismində 4-cü kurs tələbəsi Aytəkin Eldarova “İmam Hüseyn (ə)-ın həyatı və tarixi”, TEC-in üzvü 3-cü kurs tələbəsi Əli İzzətzadə “İmam Hüseynin fədakarlığı”, 1-ci kurs tələbəsi Könül Quliyeva “Kərbəla məktəbində mehribançılıq və insansevərlik” və 3-cü kurs tələbəsi Nicat Hüseynov “Zamanı tanıma” mövzularında olduqca maraqlı çıxışlarla yadda qaldılar. Tələbələr həmçinin Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi zamanı şəhid olan soydaşlarımız və qazilərimizi də yad ediblər.

Tədbirin sonunda çıxış edən TEC-in sədri Qorxmaz Paşayev şərait yaratdıqları üçün başda rektor Sabir Həsənli olmaqla, universitetin rəhbərliyinə tələbələr adından öz minnətdarlığını bildirib.

Sonda Kərbəla və Qarabağ şəhidləri adına ehsan süfrəsi açılıb.



Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Dekabr, 2015  11:36 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!