|
|
“İslamda Vətən və dövlət sevgisi” adlı kitab nəşr olunubDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun müəllifi olduğu “İslamda Vətən və dövlət sevgisi” adlı kitab nəşr olunub Ahlibeyt.az-ın Dini komitənin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitab müxtəlif vaxtlarda qələmə alınmış məqalələrin toplusudur. Burada Vətənə, dövlətə bağlılıq, ona sədaqətlə xidmət etmək, lazım gəldikdə canı bahasına da onu qorumaq, dövlət atributlarına ehtiram, dövlətçiliyimizin formalaşmasında milli-mənəvi dəyərlərin rolu kimi mövzulara toxunulur. Eyni zamanda kitabda Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərə, İslam dininə verdiyi önəm, diqqət və qayğı, tarixi-dini abidələrin bərpası və yeni ibadət evlərinin tikintisi, dini etiqad azadlığının təmin olunması istiqamətində görülən işlər xüsusilə vurğulanıb. Milli-mənəvi dəyərlər sisteminin tədqiqi istiqamətində araşdırmalara yeni töhfə olan məqalələr toplusu gənc nəslə Vətənə və dövlətə bağlılıq duyğularının daha geniş tərənnümünə yardım edəcəkdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Dekabr, 2015 10:46 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |