|
|
Milli Qəhrəman Ramiz Qəmbərov haqında çəkilmiş “Şuşalı şəhid” sənədli filminin təqdimat mərasimi keçirilib(Foto)Azərbaycan Memarlıq və İnşaat Universitetində “Milli qəhrəmanlar” sənədli filmlər həftəsi çərçivəsində Milli Qəhrəman Ramiz Qəmbərov haqqında çəkilmiş sənədli filmin təqdimatı olub Ahlibeyt.az-ın məlumatına görə, Memarlıq və İnşaat Universitetindən Azərtac-a bildirilib ki, “Şuşalı şəhid” sənədli filmi rejissor Kəmalə Musazadənin quruluşunda təqdim olunub. Tədbirdə Milli Qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri, qohumları və universitetin müəllim və tələbə kollektivi iştirak edib. Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxış edərək yeni gənc nəsildə vətənpərvərlik hisslərinin gücləndirilməsi və təbliği məqsədilə həyata keçirilən sənədli filmlər layihəsini yüksək qiymətləndirib. Ramiz Qəmbərovun keçdiyi döyüş yolunun gənclərə örnək olduğunu qeyd edən universitetin rektoru bildirib ki, belə tədbirlərin keçirilməsində, həm də məqsəd zaman-zaman Vətənə xidmət etmiş, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış mərd oğul və qızlarımızın vətənpərvərliyini, onların indiki və gələcək nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etməkdir. Bildirilib ki, Ramiz Qəmbərov Şuşanın erməni işğalından müdafiəsi zamanı böyük şücaət və qəhrəmanlıq göstərib və 1992-ci il aprelin 30-da son döyüşdə ağır yaralanaraq şəhidlik zirvəsinə yüksəlib. Şuşanın Cıdır düzündə dəfn olunub. Daha sonra filmin təqdimatı olub. Qeyd edək ki, film “Yaddaş” sənədli filmlər studiyasında Mədəniyyət və Turizm Nazirliyinin “Milli qəhrəmanlar” silsiləsi çərçivəsində çəkilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Dekabr, 2015 13:59 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |