|
|
İslam Universitetinin müəllimləri cəmiyyətimiz üçün faydalı layihəyə öz töhfələrini veriblərAzərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi, Uşaq və yeniyetmələrə dəstək İctimai birliyinin həyata keçirdiyi “Sağlam gələcək naminə ailə portalının yaradılması” layihəsinə Bakı İslam Universitetinin müəllimləri də öz töhfələrini veriblər. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Salamnews-a məlumat verən universitetin “ictimai fənlər” kafedrasının müdiri hacı Elvin Talışınski Uşaq və yeniyetmələrə dəstək İctimai birliyi tərəfindən həyata keçirilən bu layihənin həqiqətən də aktual olduğunu və cəmiyyətimiz üçün fayda verəcəyini bildirib. Bu cür layihələrin əsas məqsədi cəmiyyətimizdə xüsusilə gənclər arasında humanizmi, bəşəri və milli-mənəvi dəyərləri təbliğ etmək, dinimizin uşağa, övlada, qadına, ailəyə verdiyi zəngin dəyəri yeni nəsillərə çatdırmaqdır. Bizim əsas işimiz cəmiyyətimizi mükəmməl din olan İslam dininin özəllikləri ilə yaxından tanış edərək düzgün maariflənməsinə səbəb olmaq, gənclərimizi elmə, təhsilə maraqlarını artırmaqdır. Elvin Talışınski özü ilə yanaşı bu layihədə universitetin müəllimləri Anar Məmmədovun və Rəhim Saadovun da fəal iştirak etdiyini və cəmiyyətimizin dini bilgilər sahəsində maarifləndirilməsi üçün yazılar təqdim etdiklərini bildirib. Onun sözlərinə görə Bakı İslam Universiteti bu sahədə ciddi işlər görür, tədbirlər planı üzrə müxtəlif layihələr həyarata keçirir. Uşaq və yeniyetmələrə dəstək İctimai birliyinin əməkdaşlarının da gənc olmalarına baxmayaraq bu cür məsuliyyətli iş gördüklərini xüsusilə vurğulayan Elvin müəllim bu halın özünün çox sevindirici olduğunu qeyd edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Noyabr, 2015 12:27 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |