|
Hacı Şahin Həsənli - Biz həmişə çalışmışıq ki,din-dövlət münasibətlərində hər hansı bir gərginlik yaranmasınBizimçun həmişə ən mühüm məsələ din-dovlət münasibətlərinin müsbət məcrada inkişaf etməsi olub.Həmişə çalışmışıq ki,bu məsələdə hər hansı bir ciddi problem olmasın və hər hansı bir problem olarsa bu ancaq hüquqi yollarla həllini tapsın - Bu bizim mövqeyimizdir,uzun illər də dəyişilməyən bir mövqedir Ahlibeyt.az-ın məlumatına görə,bunu İlahiyyatçı alim,”Məşədi Dadaş”məscidinin imam cüməsi Hacı Şahin Həsənli cümə xütbəsi zamanı Nardaranda baş vermiş hadisəyə münasibət bildirərkən səsləndirmişdir. İlahiyyatçı alim buyurmuşdur: - Bizimçun həmişə ən mühüm məsələ din-dovlət münasibətlərinin müsbət məcrada inkişaf etməsi olub.Həmişə çalışmışıq ki,bu məsələdə hər hansı bir ciddi problem olmasın və hər hansı bir problem olarsa bu ancaq hüquqi yollarla həllini tapsın - Bu bizim mövqeyimizdir,uzun illər də dəyişilməyən bir mövqedir -Biz həmişə çalışmışıq ki,din-dövlət münasibətlərində hər hansı bir gərginlik yaranmasın. Azərbaycan gənc bir dövlətdir,müstəqilliyini yenicə qazanmış bir dövlətdir və Azərbaycan hal-hazırda dövlət quruculuğu ilə məşquldur.Bu prosesin ağrılı tərəfləri də ola bilir.Yeni qurulmaqda olan bir dövlətin müəyyən problemləri də ola bilər. Amma hər bir inanclı dindar vətəndaş üçün dövlətçilik və sabitlik qırmızı bir xətt olmalıdır,çünki bəzi dairələrin marağı var ki, Azərbaycanda din zəminində müxtəlif qarşıdurmalar yaratsınlar. - Azərbaycanda müxtəlif radikal cərəyanlar var ki,bəzi dövrlərdə bəzi xoşagəlməz əməllər törətməyə cəhdlər ediblər və onların qarşısı indiyə qədər zamanındaca alınıb. Azərbaycanda tarix boyu din və məzhəb zəminində heç bir münaqişə qeyd olunmayıb.Bu Azərbaycanın yüz illərlə qoruyub saxladığı dəyərlərən biridir və bu dəyərləri qorumaq hər birimizin vəzifəsidir.Kiminsə müəyyən bir məsələdən narazılığı təbiidir.lakin bu narazılığın ifadəsi üçün optimal yollar seçilməlidir ki,kimlərinsə dəyirmanına su tökülməsin və acınacaqlı nəticələrə gətirib çaxarmasın. Mən mətbuat vastəsilə də müraciət etmişəm və buradan da bütün Azərbaycan inanclı insanlarına həmçinin Nardaranda olan insanlara və ağsaqqallara müraciət etmişəm ki,bu məsələdə çox diqqətli olsunlar. - Məsələ çox həssasdır- Azərbaycanın ənənəvi məzhəblərindən biri “Cəfəri” məzhəbidir və Azərbaycan əhalisinin böyük əksəriyyəti bu məzhəbə etiqad edir.Azərbaycanda iki ənənəvi məzhəbi əhli-sünnə və şiə məzhəbləri var.Bunlar bir-biri ilə tarixən qardaşlıq şəraitində yayaşıblar və belə fürsətlərdə bəzi maraqlı olan qüvvələr var ki,bizim məzhəbimizi qorxunc simada təqdim etməyə cəhd göstərir.Nəticədə də dinə,məzhəbə və eyni zamanda dövlətçiliyə zərbə dəyir. "Buna görə də bu kimi məqamlarda ayıq-sayıq olmaq lazımdır.Emosinallığa qətiyyən yol vermək olmaz.Hər bir addım atarkən işin aqibəti düşnülməlidir.Bu mənim mövqeyimdir və bunu açıq bildirmişəm və buna görə kimlərsə məni tənqiddə edə bilər." Amma biz hər hansı bir tənqidə görə,kiminsə bizi hədəfə aldığına görə,öz mövqeyimizdən çəkinməmişik və çəkinmək fikrində də deyilik. - İndi fərqli fikirə görə müxtəlif ifadələrlə insanları ittiham etməyə hazır olanlar tapılır.Amma ittiham dilini dəyişmək lazımdır,cəmiyyətdə fikir ayrılığı mövcud ola bilər likin fərqli fikirə dözümlü yanaşmaq lazımdır. "Heç kəs digərini fikir ayrılığına görə təhqir edib təkfir etməməlidir" Bizim əqidəmizdə təkfirçilik yoxdur lakin təəssüf edirəm ki,təkfirçilik ruhiyyəsi bəzən bizə də sirayət edir. Mənim kimi düşünməyən-dindən çıxıb kiməsə satılıb və s.ifadələr işlədən naqis düşüncəli insanlar təəssüflər olsun ki,var.Bəziləri isə anlamır.lakin zaman keçdikdən sonra mənə müraciət edib deyənlər olub ki,biz bir zaman məsələlərə başqa cür yanaşıqrdıq, zaman keçdikcə hadisələrin gedişatı bizə öz mövqeyimizi dəyişməli olduğumuzu və daha düzgün olanını seçməyimizi göstərdi. Biz anla yaşamamalıyıq biz bu olkədə yaşamaliyiq və bu dövlət bizim dövlətimizdir. "Bu dövlətin müstəqilliyi bizim üçün müqəddəs olmalıdır-Heç bir addım bu ölkənin müstəqilliyini kölgə altına almamalıdır."Dövlətin müstəqilliyini qorumaq ilk növbədə inanclı vətəndaşların borcudur.İnanclı vətəndaşlar bu ölkənin vətəndaşıdırlar və bu ölkədə yaşayacaqlar. Azərbaycan əhalisinin böyük əksəriyyəti dindar inanclı insanlardır və inanclı insanlar hansısa məhdud bir qrup deyil.Hər hansı bir kimsədən və kənardan istiqamət alan bir qrup deyil."İnanclı insanlar Azərbaycan dövlətçiliyinə,Azərbaycan xalqına sadiq insanlardır. Çünki bu bizim dini vəzifəimizdir."Bu bizim ilahi bir vəzifəmizdir buna görə də bu kimi məsələlərdə diqqətli olmaq,hər hansı ifrat əməllərə yol veməmək lazımdır. Bir daha bildirim ki,cəmiyyətdə müəyyən problemler ola biler və kimlərsə hər hansı bir məsələ ilə razılaşmaya biler, bu insanların konstitussion hüququdur.Amma bu hüququ konstitusion üsullarla,hüquqi yollarla reallaşdırmaq lazımdır. "Bütün bunlar bizim mövqeyimizdir və mən arzu edirəm ki,belə bir həssas dönəmi uğurla başa vuracağıq" Allah bu çətin dönəmdə öz vəzifələrimizi dərk etməkdə,ictimai məsuliyyətimizi dərk etməkdə hammıza yardımçı olsun.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Noyabr, 2015 14:33 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |