|
İlham Əliyev - Azərbaycan İslam dəyərlərinin təbliği istiqamətində dünyada fəal iş aparır“Son illərdə bəzi Qərb dairələrində islamın terrorla əlaqələndirilməsi düzgün deyil - İslam sülh dinidir” Ahlibeyt.az-ın məlumatına görə, bunu bu gün Bakıda keçirilən ISESCO Baş Konfransının XII sessiyasında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan islamafobiya ilə mübarizə aparır: “Azərbaycan xaricdə islam mədəniyyətinin təbliğinə böyük önəm verir. Azərbaycan dinlər və mədəniyyətlər arası əlaqələrin möhkəmlənməsinə xidmət edir. Azərbaycan islam həmrəylinin gücləndirilməsi, islam dəyərlərinin təbliği istiqamətində dünyada fəal iş aparır. Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir”. Prezident İlham Əliyev bildirib ki, ISESCO-nun fəaliyyət dairəsinə daxil olan sahələr Azərbaycanda inkişaf edir: “Azərbaycanda elm, təhsil və mədəniyyət sahələrində böyük layihələr həyata keçirilir”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Noyabr, 2015 16:10 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |