|
Allahşükür Paşazadə İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinlə görüşübMüsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinlə görüşüb. Ahlibeyt.az-n verdiyi xəbərə görə, QMİ-nin mətbuat xidmətinin məlumatında bildirilirki, görüşdə şeyxülislam A.Paşazadə Azərbaycanla nüfuzlu beynəlxalq təşkilat olan İSESKO arasında mövcud yüksək səviyyəli əlaqələrin inkişafından rəğbətlə danışıb. Bu işdə İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin şəxsi əməyinin olduğunu xüsusi vurğulayan QMİ sədri əlaqələrin dərinləşməsinin həm Azərbaycan, həm də bütün islam birliyi üçün böyük əhəmiyyət daşıdığını bildirib. Dini-mənəvi irsimizin qorunması yönündə gördüyü işlərə görə İSESKO rəhbərinə dərin minnətdarlığını bildirən şeyxülislam A.Paşazadə Heydər Əliyev Fondunun prezidenti YUNESKO və İSESKO-nun xoşməramli səfiri Mehriban xanim Əliyevanın bu qurumla səmərəli, məhsuldar əməkdaşlığının xüsusilə əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Azərbaycanda İSESKO xətti ilə keçirilən irimiqyaslı tədbirlərin bu istiqamətdə xüsusi önəm kəsb etdiyini bildirən QMİ sədri əl-Tüveycrinin Azərbaycana hər gəlişində A.Paşazadə ilə görüşməsini yüksək dəyərləndirib. Azərbaycandakı tolerantlığın xalqımız üçün həyat norması olduğunu bildirən şeyxülislam ölkəmizdə dini-mənəvi həyatın dirçəldilməsi istiqamətində görülən işlər, dini irsə dövlət səviyyəsində diqqət və qayğı barədə məmnunluqla danışıb. Şeyxülislam bildirib ki, Azərbaycan islam dünyasının ayrılmaz tərkib hissəsidir və dinimizin dəyərlərinə və ümumbəşəri multikulturalizm ideyalarına hər zaman böyük ehtiram və qayğı ilə yanaşan dünyəvi dövlət modeli kimi təqdirəlayiq nümunədir. QMİ sədri İSESKO-nun Bakıda keçirilən ali tədbirinin işinə öz xeyir-dualarını çatdırıb. Səmimi qardaşlıq görüşünə görə təşəkkürünü bildirən İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri şeyxülislam A.Paşazadənin islam dünyasında nüfuzlu şəxsiyyət kimi dəyərləndirdiyini deyib. Azərbaycanda dövlət-din münasibətlərinin səviyyəsinin, dini-mənəvi irsə nümunəvi münasibətin İSESKO tərəfindən hər zaman məmnunluqla qarşılandığını qeyd edən əl-Tüveycri ölkəmizin islami dəyərlərə və multikulturalizm ideyalarına sadiqliyinin və bunun dövlət səviyyəsində dəstəklənməsinin xüsusi rəğbətə layiq olduğunu vurğulayıb. Görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib. Görüş xatirə hədiyyələrinin təqdim olunması və şam süfrəsi ilə başa çatıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Noyabr, 2015 10:39 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |