|
Səlyanda milli-mənəvi dəyərlər mövzusunda tədbir keçirilib (FOTO)“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli-mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı növbəti tədbirini keçirib Ahlibeyt.az-ın verdiyi xəbərə görə,birlikdən Salamnews-a verilən məlumatda bildirilir ki, Səlyan rayonunda keçirilən tədbirdə təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, azərbaycançılıq ideyası müasirliyi və milli-mənəvi dəyərlərə sahib çıxmağı, eləcə də tolerantlığı özündə ehtiva edən ali dəyərdir və Azərbaycan dövləti bu ali dəyəri qloballaşan dünyaya nümunə olaraq təqdim etməkdədir. Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib ki, Səlyan öz qəhrəman şəhidləriylə Azərbaycan tarixində daim var olacaq. Tədbirdə Salyan rayon İcra Hakimiyyətinin nümayəndəsi Məhərrəm Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsinin şöbə müdiri Mürşid Rzayev, rayon ziyalılarının sədri Allahverdi Priyev, əməkdar müəllim Fərqanə Cəbrayılova, Mirəşrəf Ağa məscidinin axundu Ağalar Sadıqov mövzu ətrafında çıxış ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Noyabr, 2015 09:59 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |