|
|
DQİDK sədr müavini:Dini maarifləndirmə işinin aparılmasında dini icmalar yaxından iştirak etməlidirlərQusarda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans başa çatıb Ahlibeyt.az DQİDK mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, noyabrın 25-də konfrans işini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda plenar iclasla davam etdirib. İclasda Dövlət Komitəsinin sədr müavini, DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, rayon ictimaiyyətinin nümayəndələri, dindarlar və gənclər iştirak ediblər. Gündüz İsmayılov bildirib ki, qeyri-ənənəvi dini təriqətlərin yayılması cəhdlərinin qarşısının alınması gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliğinin düzgün aparılmasından asılıdır. Onun fikrincə, milli-mənəvi dəyərlərin təbliğində, eləcə də dini maarifləndirmə işinin aparılmasında dini icmalar,o cümlədən din xadimləri yaxından iştirak etməlidirlər. Əgər bu istiqamətdə təşəbbüslər olarsa, Dövlət Komitəsi həm maddi, həm də təşkilati cəhətdən həmin təşəbbüsləri dəstəkləməyə hazırdır. Daha sonra Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovun “Dini icmaların radikalizmlə mübarizədə fəaliyyətinin təşkili: imkanlar və prespektivlər” mövzusunda məruzəsi dinlənilib. Əliheydər Zülfüqarov radikalizmi yaradan səbəblərdən və bu kimi halların qarşısının alınması metodlarından danışıb. O, bildirib ki, Dövlət Komitəsi radikalizmlə mübarizə tədbirləri çərçivəsində dini maarifləndirmənin xüsusən gənclər arasında aparılmasının tərəfdarıdır. Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev müasir gəncliyimizin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyindən danışıb, bu sahədə xüsusən bölgələrdə gənclər arasında dini savadlılığın artırılması istiqamətində tədbirlər görüldüyünü bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Noyabr, 2015 08:15 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |