إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İSESKO baş direktoru - Müsəlman qardaşlığının gücləndirilməsi vacibdir

Təşkilat olaraq, elmi-mədəni və təhsil imkanlarından məhrum olmuş müsəlman icmalarının qarşısına çıxmalıyıq və onlara imkanlarımızdan istifadə etməyə şərait yaratmalıyıq

Ahlibeyt.az-ın məlumatına görə,bunu Noyabrın 23-də Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) İcraiyyə Şurasının 36-cı iclası zamanı təşkilatın baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri bildirib.

İclası giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanın ISESCO ilə əməkdaşlığı ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra mümkün olub.

Ə.Qarayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə imzalanması istiqamətində görülən işlərə toxunan nazir ölkəmizin haqq işini birmənalı olaraq dəstəklədiyinə görə ISESCO rəhbərliyinə minnətdarlığını bildirib.

Azərbaycan dövlətinə təşəkkür edən ISESCO İcraiyyə Şurasının sədri Bubəkr Dokurə iclasda iştirak etməkdən qürur duyduğunu bildirib, təşkilatın ötən müddət ərzindəki fəaliyyətindən danışıb.

Məlumat verilib ki, iclasda ISESCO-nun qazandığı uğurlardan və qarşıda duran vəzifələrdən bəhs olunacaq -“Biz iclas zamanı ötən üç il üçün nəzərdə tutulmuş planın icrasını müzakirə edəcək və qarşıdakı illər üçün fəaliyyət planını təsdiqləyəcəyik.

İSESKO-nun Baş direktoru müsəlman aləmində baş verən silahlı münaqişələrdən narahat olduğunu diqqətə çatdırıb - " Təşkilat olaraq, elmi-mədəni və təhsil imkanlarından məhrum olmuş müsəlman icmalarının qarşısına çıxmalıyıq və onlara imkanlarımızdan istifadə etməyə şərait yaratmalıyıq. Müsəlman qardaşlığının gücləndirilməsi vacibdir. Bunlar terrorçuluğun aradan qaldırılması üçün zəruridir"

O, qeyd edib ki,Qərb mətbuatında İslam sivilizasiyası haqqında verilən səhv məlumatların və yanlış təbliğatın qarşısını almalıyıq -" Müsəlman təşkilatların səsi beynəlxalq aləmdə o qədər də eşidilmir. Təəssüf ki, bu belədir. Biz göstərməliyik ki, İslam dini sülh, savad, mədəniyyət və təhsil dinidir. Gələcəkdə medianın bu sahədə oynadığı rola diqqət etməliyik. ISESCO mədəniyyətlər arasında körpü rolunu oynamalıdır."

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Noyabr, 2015  12:01 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!