|
|
Kürdəmir "İmam Rza" məscidi dini icması "İslam təfriqə və xurafata yox deyir!" layihəsi çərçivəsində tədbir keçirilibDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Kürdəmir şəhər "İmam Rza" məscidi dini icmasının həyata keçirdiyi "İslam təfriqə və xurafata yox deyir!" layihəsi çərçivəsində Kürdəmirdə "Dini fanatizm və xurafatçılığın zərərləri" mövzusunda maarifləndirici tədbir keçirilib. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbirdə Komitənin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Nizami Məmmədov, dini icmanın sədri hacı Füzuli Cəfərov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər. Tədbirdə Kürdəmir şəhər "İmam Rza" məscidi dini icmasının sədri və axundu hacı Füzuli Cəfərov layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açıb, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Nizami Məmmədov Dövlət Komitəsinin ümumilikdə respublika və Ucar bölgəsində dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb. DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Vüqar Hümmətov bildirib ki, Azərbaycanda tarixən dindarlar əqidəsindən asılı olmayaraq sülhün tərənnümçüsü olub, daim tolerantlıq ənənələrini yaşadıb və müasir dövrdə də milli-mənəvi dəyərlərimizin tərkibi kimi bu ənənələri davam etdirirlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Noyabr, 2015 16:50 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |