|
|
İŞİD haqda çəkilmiş“Qara bayraqlı qaranlıq” sənədli filminin təqdimatı keçiriləcəkAzərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lent.az İnformasiya Agentliyinin birgə layihəsi çərçivəsində “İŞİD” həqiqətləri: reallıq və miflər” kitabının, habelə “Qara bayraqlı qaranlıq” sənədli filminin təqdimatı keçiriləcək. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə APA-ya layihənin koordinatoru, kitabın və filmin müəllifi Səbuhi Məmmədli məlumat verib. Məlumata görə, kitab və film Dövlət Komitəsinin dəstəyi ilə Suriya sərhədindən hazırlanmış və Lent.az-da yayımlanan “3 gün xilafətlə üz-üzə” silsilə yazıların əsasında hazırlanıb. Həmin yazıların qəhrəmanları Suriyanın müxtəlif şəhərlərindən İŞİD zülmündən qaçaraq Türkiyə sərhədinə yığışmış insanlardır. Onlar bəşəriyyətin qara yarasına çevrilmiş bu terror təşkilatının törətdiyi vəhşətlərdən danışır, insanları onların cənnət vədinə inanmamağa çağırırlar. Xatırladaq ki, “İŞİD həqiqətləri: reallıqlar, miflər” kitabı və “Qara bayraqlı qaranlıq” sənədli filmi Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Noyabr, 2015 14:46 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |