|
|
"Oğlanlara Zəhra, qızlara Məhəmməd adının qoyulması halları yoxdur"Artıq paralel şəkildə həm qızlara, həm də oğlanlara verilə bilən adlar zaman keçdikcə daha çox qızlara qoyulur Ahlibeyt.az-ın verdiyi məlumata görə,bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. Onun sözlərinə görə, Arzu, Məhəbbət, Pərvin, İntizar və s. adlar 1950-1960-cı illərdən indiyədək həm oğlanlara, həm də qızlara qoyulur. Lakin son dövrlərdə Arzu adı daha çox qızlara, arzu mənasında isə oğlanlara Amal adı qoyulur. Məhəbbət adı oğlanlara, İntizar adı qızlara verilir. S.Sadıqova deyib ki, son illər ərzində uşaqlara qoyulan adların hamısı Ədliyyə Nazirliyinin saytında qeydiyyatdan keçib: “Sayta baxdıqda görürsən ki, orada oğlanlara Zəhra, qızlara isə Məhəmməd adının qoyulması halları yoxdur. Bu barədə yayılan məlumatlar yanlışdır. Çünki belə hallara qətiyyən imkan verilmir”. Sədr müavini əlavə edib ki, artıq 2010-cu ildən sonra uşaqlara ad qoyularkən Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVADQ) şöbələrində valideynlərə müəyyən tövsiyələr verilir. Buna görə də belə hallara yol verilə bilməz: “Dünən bizə bir vətəndaş müraciət etdi ki, uşağının adını Ayasofya qoymaq istəyir. Ayasofya isə “Böyük kilsə” deməkdir. Biz əsaslı şəkildə izah etdik ki, Sofiya adını qoymaq olar, bu ad müdriklik mənasındadır". Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Noyabr, 2015 18:31 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |