|
|
Bakıda “Osmanlı mədəniyyətində Kərbəla matəmi” adlı tədbir keçirilibRəşid Behbudov adına Dövlət Mahnı Teatrında Türkiyənin Bakıdakı səfirliyinin və Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Osmanlı mədəniyyətində Kərbəla matəmi” adlı tədbir təşkil olunub. Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə,tədbir Kərbəla hadisələrini yad etmək və bu barədə məlumatları tamaşaçılarla bölüşmək məqsədilə keçirilib. Əvvəlcə qonaqlar Kərbəla hadisələrini əks etdirən 40-dək fotodan ibarət sərgi ilə tanış olublar. Tədbirdə Yunus Əmrə İnstitutunun rektoru Həyati Dəvəli və institutun Bakı filialının direktoru İbrahim Yıldırım çıxış edərək Yunus Əmrə İnstitutunun Azərbaycanda həyata keçirdiyi bir sıra ortaq layihələrdən söz açıblar. Daha sonra Osmanlı mədəniyyətində Kərbəla hadisələrinin əhəmiyyətindən bəhs olunub. Konsertdə Türkiyənin “Ayan” musiqi ansamblının repertuarından müxtəlif mövzulu dini mahnılar solo və xor ifada təqdim olunub. Türk musiqi və ədəbiyyatında xüsusi yer tutan “Kərbəla mərsiyələri” həm poetik, həm də sərbəst icra edilib. Sonda Kərbəla hadisələrini şərh edən məsnəvilərdən ibarət “Məqtəl” ənənəsi icra olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Noyabr, 2015 13:28 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |