|
Qeydiyyatda olmayan bəzi məscidlərə də pulsuz mavi yanacaq verilib"Artıq bir neçə ildir ki, Azərbaycanda məscidlər pulsuz olaraq təbii qazla təmin olunub və bu proses hələ də davam edir". Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bunu "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi "Məşədi Dadaş"məscidinin imam camaatı Hacı Şahin Həsənli deyib. QMİ rəsmisi bildirib ki, Azərbaycanda fəaliyyət göstərən, qeydiyyatdan keçən dini icmaların yerləşdiyi bütün məscidlərə pulsuz təbii qaz verilir: "Azərbyacanda təkcə şəhər və rayon mərkəzilərində deyil ən ucqar kəndlərdə yerləşən bütün məscidlər təbii qazla pulsuz təmin olunur. Bu da ibadət üçün həmin məscidə toplaşan insanların rahatlığı üçün nəzərdə tutulub". Hacı Şahin Həsənli qeyd edib ki, bir çox hallarda icması olmayan və ya qeydiyyatdan keçməyən məscidlər də mavi yanacaqla təmin olunur: "İcması olmayan və ya qeydiyyatdan keçməyən məscidlər var ki, qanunla həmin məscidlərə qaz verilməməlidir. Amma Azərbaycan dövlətinin humanist addımlarından biri də odur ki, qeydiyyatda olmayan, lakin insanların ibadət üçün toplaşdığı bəzi məscidlərə də pulsuz mavi yanacaq verilib və bu proses davam etdirilir". QMİ-nin Qazilər Şurasının üzvü və Cənub regionu üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Qənizadə "Report"a bildirib ki, artıq 2 ildən çoxdur ki, cənub bölgəsində yerləşən məscidlərə təbii qaz verilib. "Cənub bölgəsinin təbii qazla təmin olunan bütün ərazilərində, kiçik kənd olsa belə qeydiyyatdan keçən məscidlərə bərabər bölgü üzrə qaz verilir. Bu da dövlətimizin dini-mənəvi dəyərlərimizə nə qədər hörmətlə yanaşmasının bariz təzahürüdür". Tərtər rayon Cümə məscidinin axundu Hacı Sadiq Cəfərov bildirib ki, rayonun bütün məscidləri, həmçinin ucqar dağ kəndlərində yerləşən məscidlər pulsuz təbii qazla təmin olunub: "Müsəlmanların inanc yeri olaraq üz tutduqları məkan, təbii ki, məscidlərdir. Qış aylarında ibadət etmək üçün istilik sistemi vacib məsələdir. Bunun üçün də dövlət tərəfindən məscidlər pulsuz mavi yanacaqla təmin olunub". Məscidin axundu bildirib ki, Tərtər rayonunun cəbhə xəttində yerləşən məscidlərində də təbii qazdan pulsuz istifadə olunur. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Noyabr, 2015 16:09 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |